Acun villasını 16,8 milyona satdı - Foto

Məşhur aparıcı Acun İlıcalı keçmiş arvadı Şeyma Subaşının yaşadığı villasını satıb.

Kult.az xəbər verir ki, Subaşı ilə boşandıqdan sonra Acun villasını satışa qoyub və 16,8 milyon dollara satıb.

Şeyma isə bildirib ki, keçmiş əri evi ona almayıb:

"Acun evi mənə hədiyyə etməyib, birlikdə yaşamaq üçün almışdı. Birlikdə yaşadıq. Boşandıqdan sonra isə Acun evi satdı".

Acunun evini alan türk iş adamının adı açıqlanmayıb.