Aktrisa üsyan etdi: “Aktyorların aktrisalardan artıq qonarar alması haqsızlıqdır"

"Seni çok bekledim" serialının Aylizi aktrisa İrem Helvacıoğlu maraqlı açıqlaması ilə diqqət çəkib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, verilişlərdən birinə qatılan aktrisa kino sektorunda aktyorların aktrisalardan daha artıq qonarar almasını haqsızlıq adlandırıb:

“Bunu necə və hansı xüsusiyyətlərə görə müəyyən edirlər, bilmirəm, amma bütün layihələrdə vəziyyət belədir. Eyni əziyyəti çəkirik, amma biz daha az qonarar alırıq. Aktyorlar arasında belə ayrıseçkilik yaradırlar. Bu haqsızlıqdır”.