60 kiloqram arıqlayan aktyor iş tapa bilmir - Fotolar

"Hayat bilgisi" serialının məşhur Arifi aktyor Ümit Erdim sosial şəbəkədə müzakirələrə səbəb olub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, sənətçi 60 kiloqram çəki atıb. Bunun üçün o, mədəkiçiltmə əməliyyatı etdirib.

Üç il əvvələ qədər artıq çəkidən əziyyət çəkən Ümit indi də arıq halıyla diqqət çəkib. Erdim bildirib ki, arıqladıqdan sonra aktyor kimi iş tapa bilməyib. Buna görə də o, pilot olub.