Flora Kərimova parikini  ilk dəfə Anarın verlişində çıxarıb

Məşhur stilist Anar Ağakişiyevin Xəzər TV-də "Dəyişən cavab" adlı verlişi yayımlanacaq. Proqramın ilk anonsu artıq təqdim olunub. 

"Sherg.az" xəbər verir ki, birinci qonaq isə xalq artisti Flora Kərimovadır. Korifey sənətkar illərdir istifadə etdiyi pariki ilk dəfə Anarın verlişində çıxarıb. O, həyatı və işi ilə bağlı qalmaqallı sualları cavablandırıb. 

Qeyd edək ki, "Dəyişən cavab" mart ayının 27-də ekrana gələcək.