Nura: "Sözünə əməl etməmək nakişilik sayılırdı" - Niyə əsəbiləşib?

“Kim deyir ki, insanlar dəyişmir? İnsan elə dəyişir ki... Bir az pulu, vəzifəsi və s. artan kimi geyimi, duruşu, ətrafı və hətta səsinin tonu belə başqalaşır. Yalnız bəzi xüsusiyyətləri olduğu kimi qalır. Əclafdırsa, pulu var, ya yox elə ömrünün sonunacan elə olacaq. Haqdırsa da həmçinin”.
“Sherg.az”ın məlumatına görə bu sözləri  Feysbuk profilində müğənni Nura Suri yazıb. O statusun davamında bunları qeyd edib:

“İnsan təkcə başqaları üçün dəyişmir. Özünə də sadiq deyil. Dünən sevdiyinə bu gün nifrət edən, "heç vaxt etmərəm" deyib edən insanda etibar, sadiqliq axtarmayın. Sevgi, nifrət, etibar və s. hamısı müvəqqətidir.

Yaxşı ya pis insan yoxdur. Müvəqqəti yaxşı və pis insan var . Bir nəfər mənə görə yaxşı, sənə görə pis ola bilir. Bu səbəbdən insanlardan gözləntinizi azaldın ki, sonra məyus olmayasınız. Lap əvvəllər sözlərin mənası var idi. Yəni, söz verib nəyisə etməmək nakişilik kimi qəbul olunurdu.

Vaxt keçdikcə insanlarda nə sözə dəyər qaldı, nə yaddaş, nə də yaxşı əmələ qiymət. İnsan zamanla robotlaşıb hissiyatsız məxluqa çevrildi. Saxta geyimlə birgə bəşər özü də saxtalaşdı. Sanki "Gözəllik 10-dur 9-u dondur" deyib gözəl görünməyin nə qədər vacib olduğunu boş beyinlərə həkk etdilər.
Saxta hisslər,  dostlar, hörmət  və s. - suni insan modeli belə yarandı...”.