"Onu itirməmək üçün hələ də əlaqə saxlayıram" - Səmimi etiraflar

Hollivud ulduzu Cennifer Eniston 2015-ci ildə həmkarı Castin Terru ilə nikah masasına əyləşib. Lakin cütlüyün evliliyi uzun müddət davam etməyib. İkili 2018-ci ildə rəsmi şəkildə yollarını ayırıb.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, jurnallardan birinə müsahibə verən Castin illər sonra keçmiş həyat yoldaşı Enistonla bağlı səmimi etiraflar edib:

“Biz dost kimi ayrıldıq. Hər gün olmasa da, tez-tez zəng edib bir-birimizdən hal-əhval tuturuq. Bəzən görüntülü danışırq, bəzən isə mesajlaşırıq. Bəlkə mənim bu səmimiyyətimə inanmayacaqsınız amma, mən dostluğumuzun hər zaman davam etməsini istəyirəm. Onu bir dəfəlik itirməmək üçün hələ də əlaqə saxlayıram”.