Məşhur aktyor 81 yaşında vəfat edib

Aktyor Erol Demiröz dünyasını dəyişib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, o, 81 yaşında vəfat edib.  Erol Demirözün ölüm xəbəri  haqda bir neçə məşhur aktyorlar və müğənnilər paylaşım ediblər.

Onlardan biri də Mahsum Kırmızıgüldür. Sənətçi "Teatr və kino dünyamızın ən dəyərli aktyorunu itirdik. Mənim qəlbimdə sənin yerin başqa idi. Biz səni heç vaxt unutmayacağıq” deyə paylaşımında qeyd edib.

Qeyd edək ki, aktyorun rol aldığı ekran işləri arasında Mahumun lentə aldığı "Mucize" filmi də var.