Aktrisanın həyatında heç kim yoxdur: "Kimsəyə güvənim qalmadı artıq”

“Star TV”də yayımlanan “Sol yanım” dizisinin “Nazlım”ı aktrisa Feyza Civelek maraq çəkən açıqlamalarıyla maqazin dünyasını silkələyib. Feyza Civelek Azərbaycan tamaşaçısına da tanışdır:

“Adını Feriha qoydum” dizisində Lara obrazını canlandıran aktrisa köklüyü ilə də seçilirdi.  Lakin Feyza özünü xeyli arıqlatmağa nail olub. Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə Feyza İstanbulun Bebek səmtində qaçış zamanı kameralara yaxalanıb. Və fotoperotyorların bəzi suallarını cavablandırıb. Aktrisa bildirib ki, 2 ayda 21 kilo arıqlayıb:

“Hər gün 1 saat qaçıram. Təkrar kökəlməkdən çox qorxuram. Yediyimə-içdiyimə diqqət edirəm. Un, şəkər, xəmirin dadını unutmuşam”.
Feyza şəxsi həyatı ilə bağlı bunları deyib: “hazırda həyatımda heç kim yoxdur. “Maqazin” xəbərlərini daim təqib edirəm. Sənət dünyasındakı insanların dostlarının, rəfiqələrinin sevgililəri və ya keçmiş sevgililəriylə bərabər olduqlarını görürəm. Belə olmaqdansa yalqız qalmağı üstün tutarum. Kimsəyə güvənim qalmadı artıq”. 

Feyza Civelek “Sol yanım” dizisinin reytinq qurbanı olduğunu da deyib. Eyni zamanda payızda yeni bir dizidə rol alacağının da deyib.