Şəbnəm Tovuzlu hacıdan ayrılıb?- Açıqlama

Müğənni Şəbnəm Tovuzlu İnstaqramda növbəti dəfə paylaşım edib. Onun mahnı ifa edərkən çəkilən videosu izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.    
"Sherg.az"   xəbər verir ki, onun paylaşımına bir izləyicisi "Şəbnəm xanım, axı sizin özünüz boyda qızınız var, bir az sadə olun siz ərli qadınsız. Qorxmursuz sizi atar? Sizin bu qədərmi pula ehtiyacınız var?" rəyini yazıb. Müğənni həmin "comment"i cavabsız qoymayıb: "Başa düşmədim? Nə olub? Haramızı açıb çöldə qoymuşuq? Biz müğənniyik mahnılarımıza uyğun hərəkət edirik. Allaha şükür ailəmiz övladlarımız var".

Bir digər izləyicisi isə müğənniyə sual ünvanlayıb:
"Bəs deyirlər Hacı sizdən ayrılıb. Bu sevgi mahnılarını kimə həsr edirsiniz?".
Ş.Tovuzlu isə boşanması ilə bağlı yayılan xəbərləri bir daha yalanlayıb:
"Onun deyənin dili qurusun. Allah eləməsin. Bizim atamız başımızın üstündədir".