Zeynəb Həsəni Talıb Tale ilə eşq yaşayıb?- Açıqlama

Müğənni Zeynəb Həsəni “Özəl” proqramında duet ortağı Talıb Tale ilə arasındakı eşq iddialarına aydınlıq gətirib.
“Sherg.az”ın məlumatına gör, o, bu xəbərlərin yalan olduğunu söyləyib:
“Niyə duet ortaqları mütləq bir-biri ilə eşq yaşamalıdır? Məlum dediqodu yayıldı. Ağzı boş insanların şayəsidir. Çox əsəbiləşdim.  Danışıb  özümü yormayacam. Talıbla Vasif Əzimovdan öncə  dostuq. İlk duetimiz  2015-də yayımlandı. O zaman az da olsa, tanındım. Sonra birgə oxumadıq. Vasiflə də dost idik. Birgə duet oxuduq. Onunla çox pul qazandım, çox toylara getdik".