“Mənim üçün kişinin daxili və boyu önəmlidir”

“Musiqi zövqləri  dəyişib. Pop musiqi artıq dinlənilmir. İndi rep, yaxud da iki janrın qarışığı və sair mahnılara qulaq asırlar. Musiqi növləri var ki, onlar bir müddət gündəmdə olur. Yenidən başqa bir janra keçir. Mən də sırf estrada ifa edirəm. Gedişatdan görürəm ki, repertuarımda ifa etmədiyim bir tərzə yer verəcəm”.
“Sherg.az”ın məlumatına görə, bunları “MTV Azərbaycan”a açıqlamasında müğənni Günay İbrahimli söyləyib. O, geyim tərzindən də söz açıb:
“İllər ərzində  stilistlərlə işləyib zövqümü püxtələşdirmişəm. Bilirəm ki nə yaraşar, nə yaraşmaz. Məsləhətə də qulaq asıram. Şou-biznesdə zövqsüz geyinənlər var.

Xətirlərinə dəymək istəmirəm. Amma çox iyrənc görünürlər. Zövqlü geyinənlər də olur. Zövqsüzlər də çoxdur. Söyləsəm də onu başa sala bilməyəcəm.  Məncə,  Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Zamiq Hüseynov, Çingiz Mustafayev, Ədalət Şükürov, Nura Suri zövqlü geyinir”.

İfaçı həyatında bir dəfə sevdiyini xüsusi vurğulayıb:

“Depressiyaya düşmüşəm, lakin bir gün. Həftələrlə, günlərlə,  depressiyada qalmıram. Gün pis başlayır, onun ab-havasından  çıxa bimirəm. Səhəri gün yaxşı oluram. Öz-özümü toparlayıram. Ömrümdə bir dəfə sevmişəım. 

Bəzən sevgi deyil, qürur lazımdır. Mənim üçün kişinin daxili önəmlidir. Xarici nə qədər gözəl olsa da, danışanda xasiyyəti 1 qəpiklik deyilsə, adamın gözünə görünmür. 
Daxili gözəlliyə fikir verirəm. Sonra da hündür boy olmalıdır”.