Hüseyndən qızıl kimi sözlər:"Onların mahnıları biabırçılıqdır"

“Mən şəxsi həyatımla əlaqəli paylaşım etməmişəm.  Kiməsə “Paylaşın” deməmişəm. Jurnalistlərin icazəsiz atdığı  addımlardır. Məcburən hörmətlə yanaşıram. Şübhəsiz ki, əsəbiləşirəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “MTv”ə açıqlamasında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu söyləyib. O, özəl həyatı ilə bağlı yayılan xəbərlərdən gileylənib. Musiqiçi trenddə olan mahnılara da irad bildirib:

 “O ifalar məndə qıcıq yaradır. Azərbaycan musiqisinə ləkədirlər. Yaxşı ifaçıdırsa, gəlsin oxusun, bir yerdə ifa edək. Amma onların mahnıları biabırçılıqdır. Hətta cinayətkardırlar. İnsanların  zövqünü öldürürlər. Trenddə olmaqlarının səbəbi cavanlar tərəfindən dinlənilmələri ola bilər. Musiqini anlayanlar üçün ayrıca “YouTube” kanalı açılsa, bir baxış da gəlməz.

Azərbaycanı dünyada təmsil edən böyük sənətkarlarımız var. Alim Qasımov, Ənvər Sadıqov, Natiq Şirinov, Emil Əfrasiyabı misal göstərmək olar. Onlar o yerə gedib çata bilməzlər. Musiqini duyub, yaxşı ifa edən insan üçün  böyük dərddirlər. Azərbaycanda  bir əsəbi olmayan insan aparıcı Hacı Nurandır. O, da kiminlə şəkil çəkdirirsə, “öldürür”. Son zamanlar Nuranla şəkil çəkdirməyə qorxuram.  Dostlarıma da tövsiyə  edirəm ki, onunla fotoları azaldın. Yoxsa  öləcəksiniz”.