Şəbnəm Tovuzlu:"Damla mənim kimi canlı oxuya bilməz"

“Həmin Zaur” proqramında məşhurlar izləyicilərdən gələn sualları cavablandırıblar.
“Sherg.az” xəbər verir ki, verilişin qonağı müğənni Şəbnəm Tovuzluya ünvanlanan sual növbəti dəfə qalmaqala səbəb olub. Bir sosial şəbəkə istifadəçisinin “ Nə vaxtsa, Damla ilə duet oxuya bilərsinizmi?” sualına belə münasibət bildirib:
“Toylarda birgə ifa etmişik. Lakin bir mahnını duet oxumağı fikirləşmirəm. Xanımla xanımın duetinə ehtiyac yoxdur. Onun da öz sevənləri var”.
Bu zaman aparıcı Zaur Kamal Damlanın hikkəli və kinli olduğunu söyləyib.  Ş.Tovuzludan cavab gecikməyib:
“Mən də hikkəliyəm. Sadəcə kin saxlayan insan  deyiləm. Bəlkə də o, kənarda mənə qarşı kin bəsləyib. Lakin üz-üzə gələndə hər zaman ünsiyyətimiz yaxşı olur”.
 Aparıcı müğəninin sözünü kəsərək  “Canlı ifada Damlanın sinəsini “yerə vuraram”” açıqlamasını xatırladıb. İfaçı isə məsələyə aydınlıq gətirib:
“Elə deməmişəm. Sadəcə söyləmişəm ki, canlı oxumaqdan çəkinmirəm. Bəli, o, mənim kimi  canlı oxuya bilməz. Səs tonunu nəzərə alaraq söyləyirəm”.