Aktyordan reaksiya: "...Sərxan xınayaxdı məclisində oxuyanda ayıb olur?!"

Aktyor Sərxan Kərəmoğlu xınayaxdı məclislərində çıxış etdiyi üçün tənqid olunub. 
"Sherg.az" xəbər verir ki, o, izləyicilərinin iradlarına video çəkərək cavab verib. Sənətçi ona "Kişinin xınayaxdı məclisində nə işi var?" deyə rəy yazıldığını söyləyib:
"Birincisi, mənim mərasimə girişim bəyin gəlişi ilə bərabər olur. İkincisi, bir sənət adamına, bir də həkimə dəxli yoxdur. Siz hansısa bir problem üçün kişi ginekoloqa müraciət edəndə ayıb olmur. Sərxan xınayaxdı məclisində oxuyanda ayıb olur?!"