Aparıcı Vüsalə ilk dəfə boşanmasından danışdı: "Səhvim olmayıb"

Aparıcı Vüsalə Əlizadə ilk dəfə Azər Zahidlə boşanmasından danışıb.

“Sherg.az” xəbər verir ki, o,  “Onun sirri” proqramında 9 ildir ayrıldıqlarını söyləyib:

“Diləyin bir yaşı olanda boşandıq. İndiyə qədər heç vaxt heç yerdə onun özü və ailəsi ilə bağlı xoşagəlməz söz işlətməmişəm. Bunu  ailəmdən aldığım tərbiyəyə, insani keyfiyyətlərimə və qız övladı böyütməyimə görə etməmişəm. Xüsusilə vurğulayıram ki, hansısa bir məbləğ, hətta  milyon belə məni bu mövzuda danışdıra bilməz. Mənə çox təzyiqlər oldu. Adımı yersiz hallandırdılar, bəzən ünvanıma təhqirlər səsləndirdilər. Lakin Diləyə görə susdum. Deyəcək sözlərim var. Hər şey arxivdir. Övladım həyatı başa düşəcək bir yaşa gələndə biləcək. Ondan danışmaq istəmirəm. Ailəsi var, özü bilər. Mən övladımla çox xoşbəxtəm. Diləyin sevgisi mənə dünyadır. Deyirlər, elin ağzı torba deyil ki, bükəsən. Ailəm, qohum-əqraba hamı bilir ki, mənim  bir qram belə səhvim olmayıb. Sadəcə biz anlaşmamışıq. Problemlər bundan yaranıb. Mən  sağlamlığımı təhlükəyə atıb  övlad dünyaya gətirmək üçün  ölümümə imza atdım. Azərbaycanda böyrək köçürmədən sonra uşaq dünyaya gətirən ilk qadınam.  Bu həm qəhrəmanlıqdır, həm də həyatımdır. Böyrək köçürmə çox xanımda olub. Hər kəs bu riskə getmir. Həkimlərimiz də məsuliyyəti boyunlarına götürmürdü.  Mənə təklif olundu ki, uşağı tələf etmək lazımdır.  Ona görə sənəd imzaladım. Ailəmi qorumaq üçün hər riski gözə almışdım”.

 Qeyd edək ki, A.Zahid və V.Əlizadənin bir qız övladı var.