Xatun qardaşının ölümündən danışdı: "Xəstəliyini gizlədirdik"

Müğənni Xatun Əliyeva “Söhbət var” verilişində mərhum qardaşı stilist Balaşdan danışıb.

“Sherg.az” xəbər verir ki o, ilk dəfə qardaşının ölüm səbəbindən söz açıb:

“Onun xəstəliyini gizlədirdik. Aşkar olundu. Lakin gecikmişdik. Balaşı xəsətələnən görməmişdim. Qızdırması olsa belə işləyirdi. Bilmirəm, ağrısımı olmayıb, hiss etməyib. Dekabrın 9-da xəstəlik üzə çıxdı. Bir ay biz  xaricə üz tutduq. Burdakı həkimlər də  əllərindən gələni etdilər. Deyirdilər ki, siz gecikmisiniz. Artıq xəstəliyin 4-cü mərhələsidir. Sağalması mümkün deyildi. Nəsə edə bilmədik. Bu cameadan təkcə Dilarə Əliyevaya demişdim. Görüşdük söylədi ki, nə olub?. Həmişəki kimi deyilsən. Mən də ona danışdım. Cəhənnəmi yaşadım. Ailəmiz, anam, atam, yaxın qohumlarımız da  həmçinin. O, başqa bir insan idi. Deyirdi ki, güclü olmalısan. Məni həvəsləndirirdi, arzular edirdik. Hər an bir yerdə idik. İndi mənim üçün çox çətindir. Gözəllik salonunun qapısından içəri girəndən çıxana qədər nələr yaşayıram Allah bilir".