Nadirlə Ayana SƏRT TƏNQİD: “Bütün günü qucaq qucağasınız”

Müğənnilər Nadir Qafarzadə və Ayan Babakişiyeva sosial şəbəkələrdə tənqid olunublar.

“Sherg.az” xəbər verir ki, buna səbəb onların növbəti kliplərindən səmimi görüntülərini paylaşmaları olub.

İzləyiciləri N.Qafarzadəyə irad bildiriblər.

Məsələn, “Sevdaabbasova65” adlı istifadəçi “Məncə bu, artıq çox yaxınlıqdır” rəyini yazıb.

"Aslan_a19": Bu qədər yaxınlıq olmaz.

"Zaur_taxmina": Həyat yoldaşınıza halal olsun sizi qısqanmır. Bütün günü qucaq-qucağasınız”.