Aparıcı Vüsalə rejissor sevgilisinə şeir həsr edib -VİDEO

Aparıcı Vüsalə Əlizadə məşhur rejissorla bir vaxt sevgili olduğunu açıqlayıb.

“Sherg.az” xəbər verir ki, V.Əlizadə “Onun sirri” proqramında keçmiş sevgilisinin adını söyləməsə də, ayrılma səbəbindən danışıb:

“Bir gün ev nömrəsinə zəng etdim, cavab verdi. Söylədim ki, necəsən?  O, isə başqa bir qızın adını çəkdi ki, filankəs sənsən? Nəsə demədən “odboy” verdim. Elnur Məmmədovun oxuduğu bir mahnı var: “Özünü mənim üçün dəfn etmiş oldun”. Sözlərini həmin gecə  yazmışam. Özünü mənim üçün dəfn etmiş oldu. Mənə görə bitdi”.

Sözügedən mahnını təqdim edirik: