Könül Kərimova foto paylaşdı, "topa tutuldu": "Şəhid analarının göz yaşı..."+ Foto

Müğənni Könül Kərimova İnstaqramda  növbəti dəfə paylaşım edib.
“Sherg.az” xəbər verir ki, onun fotosunu tənqid atəşinə tutulub. Buna səbəb sənətçinin qısa şortda fotosunu paylaşması olub. Ona izləyiciləri irad bildirib.
Məsələn, “aliyeva_.55” adlı istifadəçi “Şəhid analarının gözünün yaşı qurumadığı vaxtda belə şəkillər paylaşmağın yeri deyil. O igidlər şəhid olmasaydı, indi belə poz verib, foto çəkdirə bilməzdin. Gəlin, bir az sayğılı olaq. Ayıbdır”rəyini yazıb.

“Sevulyademir”: “Fikirləşirəm ki, bizim xalq avroplaşamaq istəyir. Amma bundan çox uzağıq. Hələ də balaca çanta ilə çimərliyə gedilirmi?”

Bununla yanaşı sənətçini dəstəkləyənlər də olub.

“İbarauf”: “Ay mənim gözəl millətim, axı biz niyə belə korlandıq? Bir Azərbaycan xanımı şəklini paylaşır. Nə gəldi yazırsınız. Hər insanın özünə görə mənliyi, şəxsiyyəti var. O sizə cavab yazmırsa,  demək ki, başqasına artıq-əskik yazmaq lazım deyil”.