Şou-biznes ulduzlarının övladları hansı işlərlə məşğuldurlar? - Araşdırma

Daim göz önündə olan, ictimaiyyət tərəfindən tanınan insanların ailələri, özəl həyatları maraq doğurub. Ən çox da incəsənət adamlarının taleləri, onların ailə üzvləri medianın gündəmində olub. Bu səbəbdəndir ki, bəzən məşhurlar övladlarını mətbuatdan uzaq tuturlar. Onların fotolarının və haqlarında bilgilərin yayılmasını istəmirlər. Əksər halda isə elə uşaqların özləri populyarlıqdan qaçırlar. Lakin bir məşhurun övladı olduqları üçün istər-istəməz insanlar tərəfindən tanınırlar. Eyni zamanda adları zaman-zaman mediada hallanır. 

Bəs görəəsn onlar hansı işlə məşğuldurlar? Valideynlərinin yolunu davam etdirirlərmi?

Biz də siz oxucularımız üçün tanınan simaların övladlarının işlərini və təhsil aldıqları ixtisasları araşdırdıq.

Məsələn, xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva  müalicə işi üzrə təhsil alıb. O, daha sonra İngiltərə vətəndaşlığını alaraq  Siti London Universitetinin Psixologiya fakültəsində oxuyub.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva bir vaxt müğənnilik edib. O,  hətta “O ses Türkiye” mahnı musabiqəsinə qatılıb. Aynişan indi bloqerliklə məşğuldur. Həmçinin  onun geyim mağazası da var.

Aygün Kazımovanın qızı İlqarə də özü kimi müğənnidir. O, “Sənsizəm mən”, “Metro” kimi mahnıları izləyicilərinə təqdim edib.

Xalq artisti Mələkxanım Əyyübovanın iki övladı var. Sənətçinin oğlu biznesmendir, qızı Nəzrin isə rəssamdır. Nəzrin həm də blogerdir.
Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev “ Bahçeşehir” Universitetinin “Diplomatiya” fakültəsini bitirib. O, həmçinin “İtest.az” platformasının qurucusudur.

Nadir Qafarzadənin hər iki oğlu da xaricdə təhsil alıb. Müğənninin kiçik oğlu Əziz yaxın günlərdə ifaçılıq etməyə başlayıb.

Nura Suri üç oğul anasıdır. İki övladı xaricdə oxuyub. Böyük oğlu Xosrov hazırda ABŞ-da yaşayır.

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun da onun yolunu davam etdirir. Artıq neçə ildir ki, müğənni kimi fəaliyyət göstərir. 
Manaf Ağayevin iki oğlu, bir qızı var. Onun övladları haqda mediada hansısa bir məlumat mövcud deyil.

Roza Zərgərlinin övladlıq götürdüyü oğlu Corc Qafarov aktyordur. Onun Corcdan başqa 3 övladı da var. Qızı Bənövşə zaman-zaman anası ilə birgə verilişlərdə qonaq olur və mahnı ifa edir.

“Sherg.az”la həmsöhbət olan tanınmış müğənni Afət Fərmanqızı oğlunun xaricdə təhsil aldığını söyləyib:

“Magistratura diplomunu alacaq. Bundan sonra doktorantura oxumağı düşünür. Həm həyatı, həm də təhsili ilə bağlı məsələlərdə nə addım atırsa,  ona hörmətlə yanaşıram”.