Hüseyndən Zaura:"Səni cənnətdə bir az uzağa göndərəcəklər”

“Həmin Zaur” proqramında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə aparıcı Zaur Kamal  arasındakı dialoq diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, onlar H.Məhəmnmədoğlunun ansamblındakı musiqiçilərdən bəhs ediblər:
“Əsas insanlıqdır. Elə musiqiçi var ki, bir qəpiklik adam deyil”.
Bu zaman Z.Kamal Hüseynin efirdə söylədiklərinin İnstaqramda gündəm olduğunu deyib:
“Ötən dəfə Şəbnəm Tovuzluya dediklərini hamı paylaşır. İndi sosial şəbəkələrdə təkcə Hüseyn və mən varam. Yaxşı sözlər yazırlar”.

Hüseyndən Zaura cavab gecikməyib:

“İnşallah cənnətdə də bir yerdə olaq. Lakin yan-yana olacağımıza inanmıram. Səni bir az uzağa göndərəcəklər”.