Firuzə Zöhrədən danışdı:"İnsanın ulamağını onda gördüm"

Əməkdar artist Firuzə İbadova “Söhbət var” verilişində qonaq olub.
“Sherg.az” xəbər verir ki, o, müğənni Xatunun mərhum qardaşı Balaşdan danışarkən ötənlərdə dünyasını dəyişən həmkarı Zöhrə Abdullayevadan da söz açıb:
“Dostlarla birgə Zöhrənin yanına gedirdik. Danışırdıq, gülürdük. Birdən qəhqəhəni kəsib deyirdi ki, İsrafil, gördün ki gülürəm, məni bağışla. İnsanın ulamağını onda gördüm.  Onu sakitləşdirə bilmirdik. Axırda həyətə düşürdüm. Mən də həssasam. Məsələn, Balaş dünyasını dəyişəndə, elə bildim ki, qardaşlarım  yenidən öldülər.  Bilmirəm, necə gedib toyda oxuyaram”.