Manaf Ağayev:"Heç kim mənlə qarşı-qarşıya dayana bilməz"

Aparıcı Zaur Kamal müğənni Manaf Ağayevi növbəti dəfə sınaqdan keçirib.
“Sherg.az” xəbər verir ki, “Həmin Zaur” proqramında qonaq olan ifaçıya mikrofonsuz mahnı oxudub. M.Ağayev  bunları söyləyib:
“Azərbaycanda mikrofonsuz oxumağı bacaran ifaçılar var. Zaur, sən hər gələndə imtahan edirsən. İnsan yorğun da ola bilər. Lakin bunu hamıya et, amma edə bilmirsən. Təkcə mən  verilişinə qonaq olanda mikrofonsuz oxudursan. Canlı oxuyan çoxdur”.
Müğənni aparıcının “Sizinlə qarşı-qarşıya kim dayana bilər?” sualına gəlincə bu sözləri deyib:
“Açığı bilmək istıyirsən? Özümdən başqa kimsəni görmürəm”.