Aşıq Namiqin övladı var? - Açıqlandı

Aşıq Namiq Fərhadoğlunun bir övladının olduğu üzə çıxıb.
“Sherg.az” xəbər verir ki, bu barədə o “Həmin Zaur” proqramında danışıb. Aparıcı Zaur Kamal ondan nə vaxt evlənəcəyini soruşub. N.Fərhadoğlu isə bunları söyləyib:
“Pandemiya bitsin evlənərəm. Otuz səkkiz yaşım var. Qırx, əlli yaşında da ailə həyatı quran olur”.
 Z.Kamal isə onun bir övladının olduğunu bildirib. N,Fərhadoğlu isə bu barədə danışmaqdan qaçıb:
“Sənə nə dəxli? Onu Lətafət xanımın verilişinə gələndə danışaram. Sənin verilişin şou ilə əlaqəlidir.  Şəxsi həyat özəl qalmalıdır”.