"Ölmədim, buna şükür edirəm"


Zümrüd Bədəlova deyib ki, Allah ona balasına görə güc verir

Aparıcı Zümrüd Bədəlova avtomobil  qəzası keçirib.
“Şərq” xəbər verir ki, o, bu barədə “Xəbər-ətər” verilişində danışıb:
“Görüntüləri izləyib, işi bilənlər dedilər ki, avtomobil  özünü sağa çəkməsə, siz ölə bilərdiniz. Allah qorudu. Elə bildim ki, ölmüşəm, əlim-ayağım tərpənmirdi. Üzüm şişmişdi. O halda mən məclis idarə etməli idim. Gəlin-bəy toylarını mənə həvalə ediblər və gözləyirlər.  Yerimə aparıcı tapıb göndərə bilməzdim.  Məni yaxşı insanların duası saxladı”.
Hadisədən təsirlənən aparıcı instaqram hesabında bu sözləri yazıb: “Heç vaxt taleyimdən şikayət etmədim. Amma qadın kimi doğulduğum üçün həmişə şikayətçiyəm. Səbəbləri çoxdur. Allah mənə balama görə güc verir. Ölmədim, buna da şükür edirəm. Halal zəhmətimlə, başımın ağrısı, üzümün şişi ilə səhnədəyəm, toy aparıram”.