Oksana: “Ər çörəyi yemişəm, indi də yeyirəm..."    

Aktrisa, rəqqasə Oksana Rəsulova “Sözbaz” verilişində qonaq olub. O, həyatı və sənəti haqda danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçi proqramda bunları söyləyib:
“Ər çörəyi yemişəm. İndi də yeyirəm, Lakin öz qazancım da yerindədir. Həyat yoldaşımın cibinə baxmıram. Onun da, mənim də öz qazancımız var.  İllərdir özüm özümü saxlayıram. Evimi də, maşınımı da təkbaşıma almışam. Məni ən yaxşı anlayan anamdır. Yuxularından, yaxud da səsim pis gələndə başa düşür.  Maddi durumum pis olanda  depressiyaya düşürəm. Amma tez depressiyadan çıxıram”.