Elgiz: "Anam məndən icazə almadan evimə adam çağıra bilməz”

Elgiz Əkbər aparıcısı olduğu “Edlgizlə izlə” verilişində ailəsi haqda danışıb.
O, oğlu tərəfindən evdən qovulan bir qadına məsləhət verərkən öz ailə məsələlərindən də söz açıb.
“Sherg.az”ın məlumatına görə, E.Əkbər proqramda bunları söyləyib:
“Siz bilirsiniz ki, oğlunuz evdə məclis keçirilməsini istəmir. Yəqin ondan icazə almadığınız üçün qəzəblənib. Məsələn, anam məndən icazə almadan evimə adam çağıra bilməz”.