Mətanət Əsədova: "....Zeynəb Xanlarovadan sonra Leyli mən olmalı idim"

Müğənni Mətanət Əsədova “Şou gündəm” verilişinə bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o, “Leyli və Məcnun” operasında  yer almadığı üçün gileylənib:
“Rübabə Muradova, Zeynəb Xanlarovadan sonra mən Leyli olmalı idim. Guya oxumağımdan bixəbərdilər? Hamı gözəl bilir. Görəsən, məndən sonra  ikinci Leyli rolunu ifa edə biləcəkdilərmi? Keçmişdən sənəti, yaddan çıxmış muğamları, əsərləri yenidən gündəmə gətirdim. Hər janrda ifa etdim. Çox söhbətlər var. Danışsam, nişan asacaqlar? Deyəcəklər, yenə danışdı. Məndə gözəl alınardı. Məcnun kimi isə Alim Qasımovu görərdim”.