Pərvin:"Avtobus şoferləri çox “bezpredel”lik edirlər"

Bir neçə gün əvvəl sükan arxasında telefonla oynayan avtobus sürücüsü qəza törədib. Hadisə nəticəsində “Baku Bus”un iki avtobusu toqquşub və 7 nəfər xəsarət alıb.
Bu məsələ sosial şəbəkələrdə qəzəblə qarşılanıb. Hər kəs sürücünün məsuliyyətsizliyini qınayıb.
“Sherg.az”ın məlumatına görə, aktrisa Pərvin Abıyeva mövzuya sərt reaksiya verib. O, İnstaqram hesabında olayın görüntülərini paylaşaraq bunları yazıb:
“Gözlənilirdi. Avtobus şoferləri çox “bezpredel”lik edirlər. Dəfələrlə şahidi olmuşam”.