Zaur Kamal Orxana "ilişdi":“110 kilo da meyxanaçı olar?!”

Meyxanaçı Orxan Lökbatanlı “Həmin Zaur” proqramında qonaq olub.
Bu zaman aparıcı Zaur Kamal ona “110 kilo da meyxanaçı olar?” sualını ünvanlayıb.
“Sherg.az” xəbər verir ki, meyxana ustası onun sualını gülərək qarşılayıb və bunları söyləyib:
“Yüz on dörd kiloqramam. Mən pandemiya dövründə evdə oturmaqdan kökəldim, əvvəl ora-bura qaçırdım. Toylar  başlayıb yenə qaçhaqaç olacaq”.
Lakin bu video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilər və meyxanaçının sevənləri Zaura irad bildirib.
Məsələn, Nihad Əhmədullayev adlı istifadəçi bu şərhi yazıb:
“Onun qarnına görə dəvət etmisiniz, ya meyxanası  üçün? O, çox gözəl meyxana deyəndir”.
İbrahim İncəoğlu: “Göbək rəqsi etmir ki... Şairdir, sənəti var, meyxana deyir, şeir yazır”.