Xoşqədəmdən tənqidlərə CAVAB:"Azərbaycanlı kişi ilə evli olsam..."

Aparıcı Xoşqədəm Hidayətqızına sosial şəbəkələrdə anadolu türkcəsində danışdığı üçün irad tutublar.
“Sherg.az”ın məlumatına görə, o, tənqidlərə İnstaqram hesabında açdığı canlı yayımda cavab verib. Aparıcı övladlarının və həyat yoldaşının türkiyəli olduğunu söyləyib:

“Onlara necə deyim ki, türkcə danışmayın?  Beş gün Türkiyədə yaşayıb türkcə danışmıram ki... Uşaqların nənələri, dədələri, bibiləri, dayələri türkdürlər.  Türkiyədə bağçaya gedirlər. Əgər azərbaycanlı bir  kişi ilə evli olsam, onunla türkcə danışsam, siz haqlı olardınız. Amma mənim həyat yoldaşım türkdür. Bu da normaldır...”

Bir izləyicisi aparıcıdan böyük oğlunun harada yaşadığını soruşub. X.Hidayətqızı bu sözləri deyib:

“Böyük oğlum mənimlə yaşayır. Evlənməyib subaydır. Ailə qurandan sonra azaddır. Ailəmizdə ciddi qanun qaydalar var. Kim harada gəldi qala bilməz”. 

Qeyd edək ki, X.Hidayətqızı ikinci dəfə türkiyəli ulduz Doğuşla evlənib. Onların iki övladı dünyaya gəlib. Aparıcının ilk evliliyindən də bir oğlu var.