Nərmin Kərimbəyova: "Həyat yoldaşım fanatımdır"

Müğənni Nərmin Kərimbəyova "Zaurla Günaydın" proqramında qonaq olub. 
"Sherg.az" xəbər verir ki, o, ailəsi haqda danışıb:
"Həyat yoldaşım sənət fəaliyyətimdə dəstək olur. Əslində o, fanatımdır. Uşaqlıqdan bir-birimizi tanıyırıq. Mən  hüquqdan musiqiyə gəldim. Hər zaman məni dəstəkləyir, mahnılarımı dinləyir. Təmir-tikinti işləri ilə məşğuldur. Mühəndis kimi də fəaliyyət göstərir. O, da başqa sahədən gəlib, Neft Akademiyasını bitirib. Həm də yaradıcı insandır".