Toydan sonra evə getməyən müğənnilər kimlər olub? - Danışır Rəqsanə

Müğənni Rəqsanə İsmayılova Moskvaya üz tutan həmkarları haqda dediyi “Toydan sonra evə gedin. Sizə görə əlimizə mikrofon almağa utanırıq” açıqlamasından söz açıb.
“Sherg.az” xəbər verir ki, o, bu barədə “ATV maqazin onlarla” porqramının “33 sual” rubrikasında danışıb. R.İsmayılova bunları söyləyib:
“Kimə demişəmsə, kimlərdən danışmışamsa, özləri yaxşı bilir.

Boş yerə dilə gətirməmişəm. Çox da doğru söyləmişəm. Bir məqamı anlamıram, hamısı efirə çıxıb deyir ki, məndən danışmayıb. Mən isə  proqramda o  sualı cavablandırmazdım. Özümə şübhəm var ki?! Yaxud da deyirlər, Rəqsanə xanımdan soruşmuşam mən deyiləm. Başa düşmürəm sən niyə Rəqsanədən soruşursan ki, mən deyiləm? Nə üçün həmin adama sual verəndə demirsən ki, ay filankəs, düşünmürsənmi ki, bu sənsən? Sözün yiyələrindən dəfələrlə soruşublar. Onlar da söyləyir ki, gərək belə deməyəydi, bir-birimizi biabır etməyək. Bəs biz biabır etməyək, kim etsin? Demişəm, əcəb eləmişəm. Etməyin, açıqlamayım.  Hansısa səhv etmişəmsə, məndən də desinlər. Ömür boyu səhvlərim ortada olub, gizlətməmişəm. Söz ünvanına çatdı. Bu həyatda yalnız allahdan qorxuram. Başıma silahı dayasalar da, çəkinmərəm. Onun ərinə hörmət edib susdum. Ərləri sayğı göstəriləcək insanlar da deyil. Kişiliyə və övladlarına hörmət etdim. Yoxsa adını çəkərəm, qorxmuram.  Mənə heç nə edə bilməzlər. Onlarla səhnə paylaşmamışam”.