Vüsalə Əlizadə:"Bədxahlarımı da çox istəyirəm"

Aparıcı Vüsalə Əlizadə növbəti doğum gününü qeyd edib.
“Sherg.az” xəbər verir ki, o İnstaqram hesabında bu sözləri yazıb:
“Həyat belə zamanın hökmünə tabedir . Ona yalan, hiylə, pul-para, güc, rütbə hansısa bir qüvvə keçməz. Kimsəni fikirləşməz, kimsə üçün dayanmaz, cilddən-cildə girməz. İnsanın müdaxilə edə bilmədiyi, həyatda tək tabe olduğumuz zamandır. Qınamayın, bəlkə çox səmimi olacam,amma,bunu etiraf edəcəm. Məni hər gün mən edən, bəzən yıxıb, əzib, sonra yaralarımı sarıyan, ağladıb-güldürən, xatirələr yaşadan, arzular doğuran, ümidlərimə mayak olan, böyüdüb qadın, ana, insana çevirən zamanı sevirəm. Hər il artan yaşımı, pis və yaxşı həyatıma gələn-gedən,hər kəsi, hər şeyi, güc aldığım, həyatdan iki əlli tutunmağıma stimul verən canımdan can olanları, məni sizdən biri edən evinizə, ailənizə qonaq edən işimi, sənətimi, olmadığım yerdə məni doğması kimi müdafiə edən, qoruyan, haqqımı yedirtməyən sizi sevirəm. Arxamca danışan, incidən, qıran, yıxan bədxahlarımı da çox istəyirəm. Çünki sayənizdə Vüsalə Əlizadə oldum. Verdiklərinə və aldıqlarına şükür olsun, allahım. Xoş gəldin, yeni yaşım, sağlıq,sevgi,hüzur və halal ruzi gətir”.