Klarnet ifaçısı:"Ölməyim üçün cadu etmişdilər"

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu “Onun sirri” proqramındakı açıqlaması ilə diqqət çəkib.
“Sherg.az” xəbər verir ki, o başına gələn bir hadisədən danışıb:
“Caduya inanıram. Bir dəfə həyətimdən tapmışam. Özü də ölməyim üçün etmişdilər.  Bahalı ağacım var idi. Öz-özünə quruyurdu.  Dərmanla və sairlə də düzəlmədi. Bağbana dedim ki, ağacın dibini qaz. Mən də yanındaydım. Bağban caduyu tapdı, dedi ki, Hüseyn müəllim, bu nədir? Düyünlənmiş sap idi, onu açdıq. İçindən qurğuşun,  yağ, paltarımın bir hissəsi çıxdı. Onu niyə edirdiniz?”