"İndi kişilər silikon deyil, təbiilik istəyirlər"

"Müğənni olmaq üçün əvvəlcə saçlarını qaynaq etdirirlər. Hamısının saçı qaynaqdır". 
"Sherg.az" xəbər verir ki, bu sözləri "Tolik ilə səmimi" verilişində müğənni Afət Fərmanqızı söyləyib. O, fikirlərinə bunları da əlavə edib:
"Mütləq uzun saçı və armudvari bədən forması olmalıdır. Bir video çəkib sosial şəbəkə hesabında da paylaşmalıdı. Dodaq da şişirdilməlidir. Bu əməliyyatları da etdirmək üçün pul lazımdır. Özlərinə maya qoyduqca bəzi başı boş kişilər də onlara pul xərcləyir. Əksəriyyəti də anlamır, elə bilirlər xanım təbiidir. Amma indi ayrılıblar. O xanımlar onlara maraqlı deyil. Təbiilik istəyirlər".