Məleykə Əsədova:"Şeirlər, poemalar yazmışam"

Aktrisa Məleykə Əsədova “Üzə düz” proqramında bir sıra açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə, o, pandemiya dövründə istirahət etmədiyini söyləyib:
“Mən də aktrisayam, lakin işləmədən oturmamışam. Şeirlər, poemalar yazmışam. Gecə-gündüz çalışırdım. Efirlərə təmənnasız gedib çıxışlar edirdik. Allah mənə bu istedadı veribsə, danışmalıyam.  Azərbayacanın gözəlliyini vəsf etməliyəm,  uğurlarını dilə gətirməliyəm. Şeirlərimlə savaşıram. Sənət adamlarına  zamanında qiymət vermək lazımdır. Kimsə 50-60 il səhnədə ola bilər. Mənim də obrazlarımı dəyərləndirin. Prezident İlham Əliyevə tanrıdan can sağlığı diləyirəm. Onun tərəfindən çox aktyorumuz mənzillə təmin olunub, mükafatlandırılıb. Bunları da demək lazımdır. Zamanında Hökümə Qurbanovanın yaratdığı obrazları indi mən səhnədə canlandırıram. Barmaqla sayılacaq qədər aktyor var. Onların əziyyətini niyə də görməyək? Aktyorlar fədakardırlar.  Mən səhnədən başqa iş  bacarmıram, biznes bilmirəm. Bir evim var, onu da sata bilmədim.  Satsam, pulunu lazımi yerlərə xərcləyəcəkdim. Biz bunları söyləməməliyik. Aktrisa ucada olmalıdır. Məni tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər”.