Rəqsanə-Günel qalmaqalı: "Eşitdim 100 min dollarlıq söhbət həll edirsən"

Müğənnilər Rəqsanə İsmayılova və Günel Ələkbərova(pişik Günel) arasındakı qalmaqal səngimək bilmir.
Bir müddət öncə R.İsmayılova Moskvaya üz tutan həmkarlarını sərt tənqid edib. O, bəzi ifaçılara toydan sorna evə gedin, deyib. Onların evli ola-ola pis işlərlə məşğul olduqlarını söyləyib. Müğənninin bu açıqlamasına G.Ələkbərova “Hamı küçədə qalıb, tək ev qızı, ev gəlini sənsən?” deyə irad bildirib.
R.İsmayılova “Atv Maqazin onlarla” proqramının “33 sual” rubrikasında Günelin mövzu haqda danışmasını yersiz hesab edib. Həmçinin onunla illər öncə “Maşın şou"da əlbəyaxa dalaşdığını xüsusi vurğulayıb.
G.Ələkbərovadan Rəqsanəyə cavab gecikməyib.

“Sherg.az” xəbər verir ki, o İnstaqram profilində paylaşdığı videoda R.İsmayılovadan danışıb:

“Onu dinlədim, çox güldüm. Təəccübləndiyim məqamlar da oldu. Xəyal gücü, fantaziyalarının fışqırması məni heyrətləndirdi. Səndən incimirəm, çünki  uman yerdən küsərlər.
Biz artıq alışmışıq. Orada oturmusan, yetənə yetirsən, yetməyənə daş atırsan. Beləcə də özünü reklam edib gündəmdə qalmağı bacarırsan. “Maşın şou”dan, uçan  qablardan danışdın.
Məni insanlara iküzlü kimi tanıtdın.  Dedin ki, Günel səhər bizimlə idi, axşam yox.  Danışanda kəlmələrinə fikir ver! Bilirsən ki, efirdə danışırsan, tamaşaçılar izləyir, bir az səliqəli  ol. Həmin proqramda elə bir şey olsa,  mənə uduzmazdın. İzləyicinin gözü tərəzidir, bilirdilər ki, hədəfin mənəm.

Ona görə səni uzaqlaşdırdılar. Qab-qacaq atdığımız dava olub. Amma səninlə mənim aramda yox. Başqa bir insanla qarşılıqlı həmin olayı yaşamışam. Sən də  maşının ətrafında dayanan iştirakçılardan biri idin. 

Bunun necə mənimlə  yaşadığını söyləyirsən? Arxivdə kadrlar var, işitrakçılar da görüb. Deyirsən ki, Murad Dadaşov, Röya şahiddir. Günorta vaxtı dalaşmışdım, M.Dadaşov yox idi. Söyləyirsən ki, Günelin danışması yersizdir.  Hər zaman yerində danışıram.

Bir üzüm var, yaltaqlıqla, yalanla işim olmaz. Eşitdim ki, orada 100 min dollarlıq söhbət həll edirsən. Belə getsə, sənə ad da verərlər. Əslində pis qız deyilsən”.