Şou-biznes əhli harada dincəlir? - Araşdırma

Yay fəslinin bitməsinə təxminən iki ay qalıb. Bu müddətdə istirahətə yollananlar da var, müxtəlif səbəblərə görə tətilsiz yaşayanlar da.
Şou-biznesdə də vəziyyət eynidir. Müğənnilərin, tanınan simaların bir qismi müxtəlif  yerlərdə istirahət edirlər.
Sosial şəbəkələrdə foto-videolarını paylaşıb, tətillərindən görüntüləri izləyiciləri ilə bölüşürlər.
“Sherg.az” da oxucuları üçün günəşin və dənizin dadını çıxaranları araşdırıb, bir araya toplayıb.

Məsələn, xalq artisti Röya Ayxan bir müddət öncə oğlu Hüseynlə birgə Türkiyəyə yollanıb. O, yay tətilini qardaş ölkədə keçirib.

Könül Kərimova da istirahət üçün Türkiyəni seçənlərdəndir. Sənətçi Bodrumdan yaxın günlərdə qayıdıb.

Sevda Yahyayeva isə il ərzində ən çox istirahətə yollananan məşhurlardandır. O, Dubay və Misirdən sonra ailəsi ilə birgə Antalyaya üz tutub.

Aparıcı Afaq Gəncəli  Bodruma yola düşüb. Onun istirahəti hələ də davam edir. A.Gəncəli iddialı fotolarını profilində yerləşdirir.

Əməkdar artist Aybəniz Haşımova yayın gəlməyini gözləmədən bloqer qızı Aynişan Quliyeva ilə Maldiv adalarına gedib.

Aparıcı Zaur Baxşəliyev isə ailəsi ilə birlikdə zaman-zaman regionlarımıza yola düşür.

Müğənni Zamiq Hüseynov bir müddət öncə Türkiyəyə yollanıb.

Aktrisa Pərvin Abiyeva da qardaş ölkəyə yola düşüb. O, oradakı evindən görüntüləri İnstaqram hesabında paylaşıb.