Mənzurədən Fəxriyə:"Gözündən gəlsin" 

“Xəbər-ətər” proqramında müğənnilər Mənzurə Musayeva və Fəxri Ələsgərli arasında qalmaqala yaşanıb.
“Sherg.az” xəbər verir ki, gənc müğənni həmkarının onun haqda söylədiklərindən gileylənib:
“Mənzurə xanım başqa bir efirdə deyib ki, proqramlarda danışanda, adımı çəkmirlər. Hər zaman mənə dəstək olanlara sağ olsun deyirəm. Amma siz deyirsiniz ki, Fəxri yanımda pulsuz oxuyub. Kiminsə yanında ödənişsiz ifa etməmişəm. Mən pis olsam,  toya aparardınız? Deməli, zəif deyildim”.

M.Musayeva isə olayın doğrudan da öz dediyi kimi olduğunu söyləyib:

“Deyirdilər ki, onu aparaq, ödənişsiz oxuyacaq, özü öz pulunu yığacaq. Sənə dəstək olmamışam? Gözündən gəlsin. İnsanların hamısı belədir. Əlimin duzu yoxdur. Zəifdən də zəif idin, səni mən qaldırmışam. Prodüserimə axşama qədər yalvarırdı. O da məni dəng eləmişdi”.