Şou-biznesdə adını dəyişənlər... - SİYAHI

“ Yeddi canlı” proqramında şou - biznesdə adını dəyişənlər üzə çıxıb.
“Sherg.az” xəbər verir ki, verilişdə onların siyahısı təqdim olunub.

Məsələn, müğənni Nura Surinin əsl adı Aynurə Qəzənfərqızıdır.

Ayan Babakişiyeva isə adını rəsmən dəyişib. O, Samirə Babakişiyeva ismini dayışıb. 

Nəfəs kimi tanınan müğənninin adı Günel Məmmədlidir.

Tez-tez açıq-saçıq geyimləri ilə gündəmə gələn Mina Hüseynin ismi Nərminədir.

Bahar Lətifqızı da adını dəyişən məşhurlar sırasındadır. Sənətçinin rəsmi ad–soyadı Samirə Şahverdiyevadır.

Rəqqasə Renkanın Rəna Ağamuradova adını daşıyıb.

Xatun Əliyevanən əsl adı Nərgizdir.

Azərinin adı Anaxanım Tağıyevadır.

Cavan Zeynallının adı Cavanşir Zeynalovdur.

Reper Qurdun adı Fərid Eminovdur.

Aprıcı Azər Axşamın soyadı Şabanovdur.

Əlikram Bayramov isə əvvəl Uraşnoğlu soyadında olub.

Niyam Salaminin adı Niyaməddin Səfərovdur.