Zümrüd:“Dedi ki, müğənni olsan, mənim bacım deyilsən”

Aparıcı Zümrüd Bədəlova müğənni qardaşı Zülfü Bədəlovla birgə “Səhər səhər” proqramında qonaq olub.
“Sherg.az”ın məlumatına görə, o, qardaşının müğənni olmasına icazə vermədiyini söyləyib:
“Zülfü də mahnı oxumaq eşqimi bilir. Dedi ki, müğənni olsan, mənim bacım deyilsən. O vaxt çox həvəslənmişdim. Nailə Mirmmədlidən dərs alırdım. İlk musiqi müəllimim olub. Sonra Vaqif Gərayzadənin tələbəsi oldum”.

 Z.Bədəlov isə bacısına qoyduğu qadağanın səbəblərini belə açıqlayıb:

“Onun səsi yoxdur. Daha doğrusu idarə edə bilmir. Fikirləşirəm ki, hər insan müğənni ola bilməz. Elə doğulmalısan. Yəni sonradan dərs almaqla olmur. Tanıdığım adamlar var, deyirlər ki, təhsilini alırıq və sair. Əgər kökdə yoxdursa, istəyirsən gedib xarici ölkələrdə vokal dərsləri al, faydası olmur”.