Pərvin Abıyeva hiddətləndi:"Alçaq kişilərin..."

Azərbaycanda dəhşətli hadisə baş verib. On üç yaşlı qız anası öldükdən sonra həm atası həm də qardaşı tərəfindən  zorlanıb.
Bu olay sosial şəbəkələrdə hiddətlə qarşılanıb. Hamı ağılasığmaz hadisəyə kəskin etiraz edib.
“Sherg.az”ın məlumatına görə, aktrisa Pərvin Abıyeva da məlum olaydan yazıb. O, bunları deyib:
“Həmin qız bir ömür travmalarla yaşayacaq. Tək böyüyəcək, min cür çətinliklərdən keçəcək.  Hələ neçə “kişi”  ondan istifadə edəcək.  Vay o gündən tanınmış insan ola... Nəinki əks cinsin nümayəndələri, hətta qadınlar  belə ona təhqirlər, ittihamlar yazacaqlar. Bunları onun  həmin qız olduğunu bilmədən edəcəklər. Alçaq kişilərin gələcəyi qaralmış daha bir qız qurbanıdır.  Halbuki o, tamam başqa ata, qardaş sevgisi və qayğısı ilə böyüyə bilərdi”.