Xalq artisti:"Qızım mənim mahnılarıma çox qulaq asmır"

Xalq artisti Zülfiyyə Xanbabayeva “Persona” verilişində qonaq olub. O, proqramda ailəsindən və sənətindən bəhs edib.
“Sherg.az” xəbər verir ki, sənətçi qızı haqda da danışıb:
“Gecə özüm-özümlə söhbət edirəm. Onda narahat oluram ki, görəsən Dənizin  universitetdə oxumağını, ailə qurmağını, övladlarını görə biləcəyəmmi? Yalnız onun qorxusu var. Daim- xoşbəxt anlarında, mənə ehtiyacı olan zamanlarda, kimsə onu incidəndə yanında olmaq istəyirəm. Qızımla daha çox adi şeylərdə, məsələn, geyim seçimində, film izləyəndə, musiqi dinləyəndə fikirlərimiz uyuşmaya bilir. Dəniz tamamilə fərqli musiqilərə qulaq asır. O, dünyada trend olan mahnıları dinləyir. Mən onunla ayaqlaşmaya razıyam. Ötən dəfə telefonunda dinlədiyi mahnılara nəzər yetirdim. Çox gözəl zövqü var. Özünə də dedim ki, afərin. Bir neçə janrla maraqlanır. Mənim mahnılarıma çox qulaq asmır. Hələ balacadır. İfalarımdakı hisslər, duyğular üçün yaşı azdır.  Böyüdükcə qəlbinə həmin mahnılar girəcək”.