Pərvindən qalmaqallı açıqlama:"Müğənnilərdən qorxuram, həyasız olurlar"

Aktrisa Pərvin Abıyeva "Onun sirri" proqramında qonaq olub. 
"Sherg.az" xəbər verir ki, o, həyatı və sənəti ilə bağlı danışıb. Proqramın fraqmenti yayımlanıb. Sənətçi buraxılışın paylaşılan hissəsində bunları söyləyib:
"Onu heç istəmirdim. Adı batsın. İsmini hallandırmaq belə istəmirəm. Anamın təkidi ilə baş tutdu. Həyatımda halallıq verməyəcəyim iki insan var. Müğənnilərdən qorxuram, həyasız olurlar".
Qeyd edək ki, proqramın sözügedən bölümü bu gün ekrana gələcək.