Aşıq Namiq TƏSDİQLƏDİ

Aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq mühafizə orqanlarına şikayət daxil olub. 
Bir xanım aşığın ona qarşı seksual xarakterli etdiyini, həmçinin fiziki şiddət göstərdiyini bildirib. 

N.Fərhadoğlu bəhs olunan şikayət üzrə polisə çağırıldığını təsdiqləyib. Lakin o, ittihamları qəbul etməyib. 

Həmin xanımla videosunu İnstaqram hesabında yayıb. Görüntülərdə onların ofisin qarşısında söhbət etdikləri anlar yer alıb. 
Bunun ardınca N.Fərhadoğlunun xanıma seksual xarakterli hərəkətlər etməsi ilə bağlı səs yazıları yayılıb. 

"Sherg.az" xəbər verir ki, həmin səs yazısında şikayətçi qadın aşığın yanına övladı üçün gəldiyini bildirib. 

Həmçinin səhhətində problem olduğunu, ofisdən çölə çıxmaq istədiyini deyib. Amma aşıq buna rəğmən ona imkan verməyib. Bir neçə dəqiqəlik mübahisədən sonra qadınla birgə su almağa gedib. O, buna xanımın qayıtması şərtilə icazə verib. 

Xatırladaq ki, N.Fərhadoğlundan bir müddət öncə şikayət olunub. Bir xanım sosial şəbəkələrdə ona etik olmayan təkliflər etdiyini, qəbul etmədiyi təqdirdə hədə-qorxu gəldiyini söyləyib.