Nuradan etiraf:“...Öz yolumu itirdim"

"Həmişə istər Azərbaycanda, istərsə də dünyada müğənnilər açıq-saçıq geyiniblər. Səhnə bunu tələb edir. Balerina da açıq geyinir, ona da nəsə deyək?! Ayıbdır! Bir insan çimərlikdə başqasının həyat yoldaşına baxıb, nəsə hiss edirsə, onun tərbiyəsizliyidir. Ondan bizə nə?"
"Sherg.az" xəbər verir ki, bu sözləri "Onda görüşək" verilişində müğənni Nura Suri söyləyib. O, açıqlamasına bunları da əlavə edib:

 " Beyonce ərinin yanında açıq geyimdə klip çəkdirir. Kiminsə ağlına gəlmir ki, nəsə desin. Səmra Rəhimli haqda danışmaq istəyirəm. Onu çox bəyənirəm. Düşünürəm ki, dünya səviyyəsində qəbul oluna biləcək müğənnilərdən biridir.

Çünki kompleksi yoxdur. Mən də sənətə gələndə kompleksiz idim. Sonra cəmiyyət elə formalaşdırdı ki, öz yolumu itirdim. Anayam, övladım var, valideynlərim nə düşünər deyə fikirləşdim. Müğənni əsla bunları düşünməməlidir. Bu fikirlərlə razılaşmamalıdır.

Kiminsə fikri onu getdiyi yoldan kənarlaşdırmamalıdır. Mən bu səhvi etmişəm. İlk dəfə klub mahnıları ifa edirdim.
Açıq-saçıq geyimdə rəqs edirdim. Bunların hamısı getdi. Fikirləşirdim ki, səhnədə rəqs edəndə belə deyəcəklər ki, bu elədir. 

Onsuz da deyirlər. Məsəl var ki, qurandan don da geyinsən, nəsə söyləyirlər. Səmraya baxıram, ən doğrusunu o, edir".