Pərvin Abıyeva:"Şahin Zəkizadə məni sevirdi"

Aktrisa Pərvin Abıyeva "Onun sirri" proqramında mərhum ssenarist, rejissor Şahin Zəkizadənin əvvəl onu sevdiyini söyləyib. 
"Sherg.az" xəbər verir ki, o, sözügedən proqramda bunları söyləyib:
"Ölümündən öncə hörmət etdiyim bir xanımla evli idi. Son günlərində yanına gedib, baş çəkirdim. Bunu evlənənə qədər etdim. O, ailə qurana qədər məni sevirdi. Gənc idim evlənməyi düşünmürdüm deyə bizdə alınmadı. Yaxşı insan idi, onu  çox istəyirdim. Bir yerdə layihəmiz var idi. Mənə hisslərini söyləyəndən sonra o işdən uzaqlaşdım. Məni hər cür qəbul edirdi. Təmiz qəlbli, saf, inanclı idi. Xasiyyətlərimiz uyğun deyildi. Yaşca məndən böyük idi. Bir dəfə evlənib ayrılmışdı. Mənim üçün iş işdir. Birgə çalışdığım insanla evlənsəm, işləməyəcəm. Çünki işin ciddiyəti itir. Hətta indiki xanımı ilə onları mən tanış etmişdim, evliliklərinə də vəsilə oldum. Mənə böyük sevgisi var idi, şeir də yazmışdı. Öləndən sonra həmin şeiri onun şəkilləri ilə paylaşırlar. Halbuki mənə həsr etmişdi. "Ölsəm bağışla" şeiridir. Allah ona qəni-qəni rəhmət eləsin. Məni bağışlasın. Bunu heç yerdə danışmamışam".

Qeyd edək ki, Şahin Zəkizadə 2017-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.