Nadir:"Nömrəmi verdim gəlinimə, dedim ki..."

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" proqramında ailəsi ilə bağlı açıqlamalar verib.
"Sherg.az"ın məlumatına görə, o yaxın günlərdə nişanlandığı oğlu Loğmandan danışıb:
" Həmişə toylarda olanda deyirdilər, həyəcanlıyıq. Onları sakitləşdirirdim. İndi görürəm fərqli duyğulardır. Gəlinimə hədiyyələr və sair almağa başlamışam. Mənə deyirlər, bir az yavaş ol. Nömrəmi verdim gəlinimə, dedim ki, nəsə istəyəndə mənə yaz. Hələ mən varam. Bəlkə oğlumun nəyəsə gücü çatmaz. Onlar birgə çalışıblar, bir-birilərini seviblər. Oğlum bizə bir söz demirdi. Həmişə söyləyirdi ki, kiçik oğlunuzu evləndirin, mən ailə qurmağı düşünmürəm. Anası da üzülürdü. Sonra həyat yoldaşım yazdı ki, oğlun eşqə düşüb. Qızın anası gürcüstanlıdır, atası naxçıvanlıdır. Ziyalı, müəllim ailəsidir. Bizim istədiyimiz kimidir".