Ruhəngiz Musəvi:"Biz həyat yoldaşımla ayrıldıq"

Əməkdar artist Ruhəngiz Musəvi ilk dəfə keçmiş həyat yoldaşının həmkarı Sevda  ilə evlənməsindən danışıb.
"Sherg.az" xəbər verir ki, sənətçi məsələyə aydınlıq gətirib:
"Bilib-bilmədən yazırlar. Gerçəyi danışmağa məcburam. Biz həyat yoldaşımla ayrıldıq. Öz istəyimlə boşandım. Məndən sonra qohumu ilə evləndi. Onunla da alınmadı. Sonra da Sevda ilə ailə həyatı qurdu. Biz başqa millətdən olan xanıma görə ayrıldıq. Xəyanəti qəbul etmədim. Barışmaq istədi razı olmadım. Anası da onu başqa ölkəyə getməsin deyə öz qohumu ilə evləndirdi. Sevda xanım onun üçüncü həyat yoldaşı olub. O zamanlar mən də evlənmişdim. Sevda gözəl anadır, o mənim balamın xeyir işinə gəlib. Bizim ailəmiz Sevdaya görə dağılmayıb".